Azərbaycana milyonlarla dollar dəyərində dərman gətirilib
2025-ci il ərzində Azərbaycana 527,2 milyon dollar həcmində 17,3 min ton əczaçılıq məhsulları idxal edilib.
Crossmedia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, əczaçılıq məhsullarının idxalı ötən illə müqayisədə dəyər ifadəsilə 19,7 milyon dollar və ya 3,9% artıb, miqdar ifadəsilə isə 2,9 min ton, başqa sözlə 14,2% azalıb.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycana 507,6 milyon dollar dəyərində 20,1 min ton əczaçılıq məhsulu idxal olunmuşdu.
2025-ci ilin nəticələrinə görə idxal edilən əczaçılıq məhsullarının 1 kiloqramının orta idxal qiyməti 30,49 dollar (51,83 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 25,19 dollar (42,83 manat) idi. Bu da illik müqayisədə 5,30 dollar (9,00 manat) və ya 21% bahalaşma deməkdir.
Bu il ümumi idxalın 2,16%-i əczaçılıq məhsullarının payına düşüb. Ötən il isə müvafiq göstərici 2,41% olmuşdu.
19:51 14.02.2026
Oxunuş sayı: 467