Müsahibə: Çingiz Abdullayevin yüz əsəri bir-birinin təkrarıdır - ANONS
Ədəbiyyatın ən oxunaqlı və geniş oxucu auditoriyasına malik janrlarından biri şübhəsiz ki, detektiv janrdır. Sirr, məntiq, psixoloji gərginlik və hadisələrin mərhələli açılması üzərində qurulan bu janr oxucunu yalnız hadisələrin ardınca aparmır, eyni zamanda onu düşünməyə, analiz etməyə və nəticə çıxarmağa sövq edir. Dünya ədəbiyyatında detektiv janrın formalaşması və populyarlaşması Aqata Kristi və Artur Konan Doyl kimi müəlliflərin adı ilə sıx bağlıdır. Onların yaratdığı obrazlar və süjet quruluşu bu gün də janrın klassik nümunələri hesab olunur və yeni nəsil yazıçılar üçün bir məktəb rolunu oynayır.
Son illərdə detektiv janrında yazan və böyük oxucu kütləsi qazanan yazıçılardan biri də keçmiş prokurorluq işçisi, yazıçı Müşfiq Abbasovdur.
O, Crossmedia.az-a geniş müsahibə verib:
Müsahibədən bir neçə fikri təqdim edirik:
İndiki yazıçıların ən böyük, yəni oxucu itirməsinin səbəbi məhz yorucu olmalarıdır;
9 saylı cəzaçəkmə müəssisəsində olanda orada həbs etdiyim 3 nəfər adam var idi;
Azərbaycanın dünya səviyyəsində tanınmış yazıçısı yoxdur;
Çingiz Abdullayevin iki yüzdən çox əsəri var. Tam səmimi deyirəm, onun yüz əsəri bir-birinin təkrarıdır;
Xalq öz yazıçısını özünün yanında görmək istəyir. Anar isə artıq məmurlaşıb;
Elxan Elatlı da detektiv yazır, mən də yazıram. Onun təcrübəsi mənim qədər deyil;
Görmüsünüz ki, Anar xalqın hansısa problemini işıqlandırsın?
Qeyd edək ki, müsahibənin tam versiyası qarşıdakı günlərdə dərc olunacaq.
14:51 13.02.2026
Oxunuş sayı: 638