Dəhşətli faciədən 2 il ötür
Bu gün Bakıda baş vermiş dəhşətli Əhmədovlar ailəsinin faciəsinin ikinci ildönümüdür.
Crossmedia.az xəbər verir ki,hadisə 2024-cü il fevralın 13-ü axşam saatlarında baş verib.
Belə ki, Əhməd Əhmədov ailəsinin beş üzvünü baltalayaraq qətlə yetirib.
Faciə zamanı onun atası Mehman Əhmədov, anası Pikə Əhmədova, qardaşı Məhəmməd Əhmədov, bacısı Elmira Əhmədova və bacısının azyaşlı qızı Ülviyyə Niftəliyeva həyatını itirib.
Bu cinayət ölkə ictimaiyyətində böyük sarsıntı yaradıb, ailədaxili zorakılıq və psixoloji problemlərlə bağlı geniş müzakirələrə səbəb olub. Faciədən iki il keçməsinə baxmayaraq, Əhmədovlar ailəsinin yaşadığı bu dəhşət cəmiyyətdə hələ də ağrı ilə xatırlanır.
Fatimə Məmmədova
11:39 13.02.2026
Oxunuş sayı: 474