Ən çox xəyanət edən 3 bürc
ABŞ-də Maryville Universiteti 49 il ərzində qeydə alınmış bir milyondan çox boşanma işini araşdırıb. Tədqiqat zamanı yalnız xəyanət iddiası ilə açılan və müəyyən sübutlarla təsdiqlənən məhkəmə işləri nəzərə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə sozcu.com.tr məlumat yayıb.
1974–2023-cü illəri əhatə edən araşdırmanın məqsədi bürclərin aldatmağa meyilləri ilə bağlı ümumi mənzərəni ortaya qoymaq olub.
Astrologiyada bürclərin insanların xarakterinə təsir etdiyi iddia edilsə də, hesabatda bürclər arasında sədaqətsizlik baxımından çox böyük və kəskin fərqlərin olmadığı qeyd edilib.
Araşdırma nəticələri göstərib ki, xəyanət hallarının əksəriyyəti kişilərin payına düşür. Belə ki, tərəfdaşını aldatdığına dair güclü şübhələr olan işlərin 78,9 faizi kişilər, 21,1 faizi isə qadınlarla bağlı olub.
Beləliklə, xəyanət hallarına daha çox rast gəlinən bürclər də müəyyənləşdirilib. 21 iyun – 22 iyul tarixləri arasında doğulan Xərçəng bürcü tərəfdaşına ən çox xəyanət edilən hallar üzrə ilk sırada yer alıb.
İkinci, 23 iyul – 22 avqust tarixlərində doğulan Şir bürcüdür. Üçüncü yerdə isə 22 dekabr – 19 yanvar tarixləri arasında doğulan Oğlaq bürcü qərarlaşıb.
Fatimə Məmmədova
07:32 12.02.2026
Oxunuş sayı: 488