Xalq artisti xəstəxanadan evə buraxılacaq
Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov bu gün xəstəxanadan evə buraxılacaq.
Crossmedia.az xəbər verir ki, bu haqda Teleqraf-a Xalq artistinin özü məlumat verib.
"Bu gün xəstəxanadan çıxacağam. Özümü yaxşı hiss edirəm. Ev şəraitində müalicəm davam edəcək", - kinoresjissor əlavə edib.
Qeyd edək ki, Şeyx Əbdül Mahmudov bir neçə gün öncə özəl xəstəxanalardan birinə yerləşdirilib.
18:13 09.02.2026
Oxunuş sayı: 491