Restoranlar müştərisiz qalacaq: Dadlı və şirəli toyuq bişirməyin SİRLƏRİ
Restoranlarda hazırlanan toyuq yeməklərinin evdə bişirilənlərdən daha sulu və yumşaq olması bir çoxlarını maraqlandırır. Mütəxəssislər bildirirlər ki, bu fərqin əsas səbəbi bahalı məhsullar deyil, düzgün marinad və bişirmə üsullarıdır.
Crossmedia.az "Haber Global"a istinadən xəbər verir ki, toyuğun yumşaq və şirəli alınması üçün ən effektiv üsullardan biri qatıqla marinaddır. Qatıqla təbii turşular ət liflərini yumşaldır və bişirmə zamanı nəmin itməsinin qarşısını alır. Bundan əlavə, zeytun yağı toyuğun səthində qoruyucu qat yaradaraq qurumanı azaldır.
Digər vacib məqam isə soğan suyunun istifadəsidir. Tərkibindəki təbii fermentlər sayəsində soğan suyu toyuq ətini daha tez yumşaldır və dadını artırır.
Aşpazlar qeyd edirlər ki, bu sadə üsullar sayəsində ev şəraitində də restoran keyfiyyətində, həm sulu, həm də yumşaq toyuq yeməkləri hazırlamaq mümkündür. Beləliklə, eyni yemək üçün çöldə daha yüksək məbləğ ödəməyə ehtiyac qalmaz.
16:13 09.02.2026
Oxunuş sayı: 407