Sahibə Qafarova Yayım Şurasının yeni üzvlərinə hansı tövsiyələri verdi?
Milli Məclisin iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında qanun layihəsinə baxılıb.
Crossmedia.az xəbər verir ki, müzakirələrdən sonra Rəşad Rəsullu, Salman Musayev, Həcərxanım Babayevanın Yayım Şurasının üzvü seçilməsi səsvermə ilə qəbul edilib.
Deputatlar İTV ilə bağlı fikirlərini bölüşüblər, təkliflərini səsləndiriblər.
Spiker Sahibə Qafarova yeni seçilən üzvlərə tövsiyələrini də irəli sürüb:
“Çox yaxşı olar ki, bizim deputatlar İctimai Televiziyanın efirlərinə dəvət olunsunlar”.
Sədr qeyd edib ki, deputatlar seçiciləri narahat edən, maraqlandıran məsələlər barədə kifayət qədər məlumatlıdır və bu mənada onları ekspert olaraq efirə dəvət etmək yaxşı olardı. (Musavat.com)
13:45 02.02.2026
Oxunuş sayı: 446