Bazarlarda yeni gərginlik: xammal qiymətləri enir
Bazarlar kəskin qiymət enişi ilə üzləşib və bu proses xammal qiymətlərinin düşməsi ilə güclənir.
Crossmedia.az bu barədə Bloomberg-ə istinadən məlumat verir.
Belə ki, qızıl 10%, gümüş 16%, Londondakı metal birjasında mis isə 5,7% ucuzlaşıb. Analitiklər bunu ABŞ Federal Ehtiyat Sisteminin (FES) sərtləşdirici siyasəti və xammal bazarlarının həddindən artıq qızması ilə əlaqələndirirlər.
Ekspertlər düşüşün davam edə biləcəyinə dair xəbərdarlıq edir, vəziyyəti isə bazarda gizli həssaslıqların üzə çıxdığı “hər şeyi sat” anı kimi qiymətləndirirlər.
Turqut Ansari
13:20 02.02.2026
Oxunuş sayı: 601