Sürücülərin DİQQƏTİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanda yanvarın 31-də magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, görünüş məsafəsinin məhdudlaşmasına səbəb ölkə ərazisinin bəzi yerlərində olan dumanlı hava şəraitidir.
09:31 31.01.2026
Oxunuş sayı: 354