Sürücülərin DİQQƏTİNƏ: Bu yolda hərəkət tam məhdudlaşdırılacaq
Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı şəhəri, Xətai rayonu, Babək prospektindən Xəqani Rüstəmov küçəsinədək olan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Crossmedia.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Bildirilib ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.
Qurumdan qeyd edilib ki, sürücülər alternativ olaraq Süleyman Vəzirov küçəsindən istifadə edə bilərlər.
12:45 28.01.2026
Oxunuş sayı: 455