Xırdalan sakini dəm qazından öldü
Xırdalanda dəm qazından ölüm hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin 26-cı məhəllə adlanan hissəsindəki fərdi yaşayış evində qeydə alınıb.
Məlumata görə, Rahib Xeyrulla oğlu Qənbərov yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
09:55 28.01.2026
Oxunuş sayı: 486