Dənizkənarı bulvara dair Tədbirər Planı hazırlanacaq
Bakı buxtasının (Dənizkənarı bulvarın) təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəniz suyunun çəkilməsi ilə sahilə yaxın hissələrdə üzə çıxmış metal konstruksiyaların ərazidən kənarlaşdırılması istiqamətində təxirəsalınmaz işləri özündə ehtiva edən Tədbirlər Planının hazırlanması tapşırığı verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetində Baş nazirin rəhbərliyi ilə keçirilən iclasda bildirilir.
Bura eyni zamanda hövzəyə çirkab suların axıdılmasının qarşısının alınması, suyun səthində üzən neft ləkələrinin və müxtəlif tullantıların, habelə ətrafda neftlə çirklənmiş torpaqların təmizlənməsi daxildir.
Qeyd edək ki, iclas "Xəzər dənizində müxtəlif təyinatlı qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların, o cümlədən qəzalı vəziyyətdə olan və ləğv olunmuş quyuların təkrar ləğvi və izolyasiyası, estakadaların, yanalma körpülərinin, platformaların, həmçinin batmış və yarımbatmış vəziyyətdə olan gəmilərin çıxarılması və digər reabilitasiya işlərinin həyata keçirilməsinə dair 2025-2030-cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrası və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunub.
18:19 27.01.2026
Oxunuş sayı: 317