Rusiya vətəndaşlarının həbs müddəti uzadılıb
Bakıda saxlanılan Rusiya vətəndaşlarının həbs müddəti daha üç ay uzadılıb.
Crossmedia.az xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsi tərəfindən verilib.
Təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin İrandan narkotik qaçaqmalçılığı və kiberfırıldaqçılıqla bağlı keçirdiyi əməliyyat zamanı saxlanılıblar.
17:50 27.01.2026
Oxunuş sayı: 341