Vəhşi fil turistlərin üstünə hücum edib
Şri-Lankada vəhşi fil rus turistlərin olduğu avtomobili demək olar ki, aşırıb.
Crossmedia.az xarici mediaya istinadən məlumat verir ki, ailə fil qrupunu yedizdirmək üçün dayanıb, lakin heyvanlardan birinə təklif olunan yemək xoş gəlməyib, o, avtomobilin qapısını dartaraq maşını tərpətməyə başlayıb. Nəticədə maşın aşıb.
Bir neçə dəqiqədən sonra əlavə qüvvələr cəlb edilib və fil oradan uzaqlaşdırılıb.
Turqut Ansari
04:35 27.01.2026
Oxunuş sayı: 542