Trampdan Böyük Britaniyaya tərif: Əfsanəvi əsgərlərimiz həmişə yanınızda olacaq
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Krallığın hərbi qüvvələrini yüksək qiymətləndirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O, Əfqanıstanda 457 britaniyalı əsgərin həlak olduğunu xatırladaraq, onların əfsanəvi döyüş ruhunu və cəsarətini tərifləyib.
Trampın sözlərinə görə, ABŞ və Böyük Britaniya arasında yaradılmış bağ heç vaxt qırılmayacaq.
O, Britaniya Silahlı Qüvvələrinin inanılmaz qəlb və ruhu ilə misilsiz olduğunu vurğulayıb.
22:00 24.01.2026
Oxunuş sayı: 549