Növbəti görüşdə Avropa tam heyətlə iştirak edəcək – Təzyiq başlayır
Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampa qarşı “Sülh Şurasına” qoşulmamaqla demarş edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Avropalılar öz siyasi müstəqilliklərini itirmədiklərini iddia edərək səlahiyyətlərini nümayiş etdirməyə çalışıblar.
Lakin politoloq Qriqor Balasanyan bildirib ki, növbəti görüşdə əsas Aİ ölkələri tam heyətlə iştirak edəcək. Onun fikrincə, Aİ, o cümlədən Ukrayna ilə bağlı Trampın addımlarına müqavimət göstərməmək qərarı ilə nüfuzunu itirməyə başlayıb.
Ekspert əlavə edib ki, indi avropalılar nüfuzlarını qorumağa çalışırlar, amma artıq çox gecdir.
21:46 24.01.2026
Oxunuş sayı: 470