Nigeriya yığmasının hücumçusu 2 milyon qarşılığında “Qarabağ”da?
“Qarabağ” Xorvatiyada “İstra”nın formasını geyinən Salim Faqo Lavalı heyətinə qata bilər.
Crossmedia.az “Sportske Novosti” nəşrinə istinadən xəbər verir ki, keçidin tezliklə tamamlanacağı gözlənilir.
Bildirilir ki, “Qarabağ” qış transfer pəncərəsinin ən əhəmiyyətli gücləndirmələrindən birini hazırlayır.
23 yaşlı nigeriyalı hücumçunun transferi yaxın günlərdə başa çata bilər. Bu, Puladan olan klubun tarixində ən bahalı transfer olacaq. Müqavilənin 2 milyon avrodan çox olacağı gözlənilir.
Bu mövsüm Laval Xorvatiya komandasında 19 oyun keçirib, yeddi qol vurub və iki məhsuldar ötürmə verib.(Sportinfo.az)
21:35 24.01.2026
Oxunuş sayı: 530