"Neftçi" 100-cü qolsuz heç-heçəsini edib
"Neftçi" klubu Azərbaycan çempionatları tarixində 100-cü dəfə qolsuz heç-heçəyə imza atıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.
Misli Premyer Liqasının XVII turunda "Zirə" ilə keçirilən ev görüşü (0:0) "ağ-qaralar" üçün yubileylə əlamətdar olub.
Bakı klubu qolsuz heç-heçələrin sayında yalnız 107 belə matçı olan "Qarabağ"dan geri qalır. "Neftçi"nin ilk 0:0 hesablı oyunu 1993-cü il martın 6-da "Turan"la ev qarşılaşmasına təsadüf edib.
Cari mövsümdə 4-cü dəfə belə nəticə qeydə alınıb. Komanda ümumilikdə 50 dəfə evdə, 49 dəfə səfərdə və 1 dəfə neytral meydanda qolsuz heç-heçəyə imza atıb.(Report)
18:41 24.01.2026
Oxunuş sayı: 359