CROSSMEDIA - Ceyhun Bayramov Qvineya-Bisaunun XİN rəhbəri ilə görüş keçirir
Gündəm

Ceyhun Bayramov Qvineya-Bisaunun XİN rəhbəri ilə görüş keçirir

Xarici işlər naziri Ceyhun Bayramovla Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereira arasında geniş tərkibdə görüş keçirilib.

Crossmedia.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi “X” hesabında məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı ikitərəfli və çoxtərəfli istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təmasların artırılması, əməkdaşlığın hüquqi bazasının inkişaf etdirilməsi və iki ölkə arasında təcrübə mübadiləsinin perspektivləri müzakirə edilib.

Ceyhun Bayramov həmkarına regiondakı münaqişədən sonrakı vəziyyət barədə də məlumat verib.

08:02 02.12.2024

Oxunuş sayı: 8718

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR