Azərbaycan Basketbol Liqasının XIV turunda "Sumqayıt" "Ordu"ya qalib gəlib
Azərbaycan Basketbol Liqasında XIV tura start verilib.
Crossmedia.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
Səfərdə "Ordu" kollektivi ilə qarşılaşan "Sumqayıt" 100:96 hesablı qələbə qazanıb. Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində baş tutub.
Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.
03:40 23.01.2026
Oxunuş sayı: 1102