Rakka əyalətində idarəetmə dəyişdi: Yeni qubernator kimdir?
Atəşkəs razılaşmasından sonra Suriyanın şimalında yerləşən Rakka əyalətində yeni qubernator təyinatı həyata keçirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Əbdül Rəhman Səlama Rakka əyalətinin yeni qubernatoru təyin olunub.
Əbu İbrahim ləqəbi ilə tanınan Səlama əvvəllər cihadçı təşkilat kimi tanınan Cəbhət ən-Nusrada yüksək vəzifələrdə çalışıb.
Məlumata görə, Əbdül Rəhman Səlama son dövrlər Suriya rəhbərliyinə yaxın fiqurlardan biri kimi çıxış edib.
O, Səudiyyə Ərəbistanı və Türkiyəyə səfərlərdə Prezident Əş-Şaraya yoldaşlıq edib.
Həmçinin prezident sarayında etdiyi çoxsaylı çıxışlarla yeni administrasiyada mühüm rol oynadığını nümayiş etdirib.
Qeyd olunur ki, bu təyinat atəşkəsdən sonra Rakka əyalətində idarəetmə strukturunun yenidən formalaşdırılması prosesinin tərkib hissəsi kimi qiymətləndirilir.
Təyinat bölgədə təhlükəsizlik və siyasi balans baxımından diqqətlə izlənilir.
23:38 19.01.2026
Oxunuş sayı: 1679