AYNA 4 istiqamətdə şəhər və rayon marşrutlarının qaliblərini elan etdi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı–Lənkəran, Bakı–Xankəndi–Laçın şəhərlərarası, həmçinin Uzuntala kəndi–Zaqatala və Urva kəndi–Qusar avtovağzalı rayondaxili avtobus marşrutları üzrə müsabiqələrin qaliblərini müəyyən edib.
Crossmedia.az AYNA-ya istinadən xəbər verir ki, Bakı–Lənkəran marşrutu üzrə fiziki şəxs Dadaşov Şair Şakir oğlu, Bakı-Xankəndi–Laçın marşrutu üzrə fiziki şəxs Həsənov Rəşid Həsən oğlu, Uzuntala kəndi–Zaqatala marşrutu üzrə fiziki şəxs Əliyev Elman Əli oğlu, Urva kəndi–Qusar avtovağzalı marşrutu üzrə isə fiziki şəxs Əlixanov Ceyhun Fakir oğlu qalib elan olunublar.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
21:15 19.01.2026
Oxunuş sayı: 1162