Yeni xidmətlər yaradılacaq - Rəsmi
"2026-cı ildə dörd yeni Sosial Xidmət Mərkəzinin yaradılması planlaşdırılır".
Crossmedia.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov DOST TV-nin efirində çıxışı zamanı deyib.
O bildirib ki, yeni mərkəzlərin Bakı şəhərinin Xəzər, Xətai rayonlarında və digər ərazilərdə yaradılması nəzərdə tutulur.
Sədr vurğulayıb ki, ötən il mövcud Sosial Xidmət mərkəzlərində 700-dən çox xidmət göstərilib.
13:05 12.01.2026
Oxunuş sayı: 1081