Rza Pəhləvidən Trampa yardım çağırışı
Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İran monarxiyasının devrilmiş nümayəndəsi Rza Pəhləvi İranda etirazların genişlənməsi ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, İranın devrilmiş şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi ABŞ prezidenti Donald Trampa müraciət edərək İran xalqına dəstək göstərməyə çağırıb.
Pəhləvi X sosial şəbəkəsində paylaşdığı müraciətdə bildirib ki, insanları azadlıqları uğrunda mübarizə aparmaq və təhlükəsizlik qüvvələrini say üstünlüyü ilə geri çəkilməyə məcbur etmək üçün küçələrə çıxmağa çağırıb. Onun sözlərinə görə, etirazçılar bunu ötən gecə ediblər.
“Cinayətkar rejimə qarşı irəli sürdüyünüz təhdid də onun əlaltılarını hərəkətsiz saxladı. Lakin zaman həlledicidir. Bir saatdan sonra insanlar yenidən küçələrə çıxacaqlar. Sizdən kömək xahiş edirəm. Siz sübut etmisiniz və mən bunu bilirəm ki, siz sülh tərəfdarı, sözünün üstündə duran bir insansınız. Zəhmət olmasa, İran xalqına kömək etmək üçün müdaxiləyə hazır olun”, — deyə Pəhləvi qeyd edib.
Zeynəb Xuduyeva
23:22 09.01.2026
Oxunuş sayı: 1523