Rusiya Ukrayna mülki gəmilərinə zərbə endirdi
Rusiya Ukraynanın dəniz dəhlizi boyunca hərəkət edən mülki ticarət gəmilərinə hücum edib. Hücum nəticəsində bir ekipaj üzvü həlak olub, bir neçə nəfər isə xəsarət alıb. Hadisə beynəlxalq dəniz daşımaları və regionda təhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb.
Crossmedia.az xəbər verir ki, keçmiş xarici işlər naziri, Ukraynalı diplomat və siyasətçi Kulebanın sözlərinə görə, Rusiyaya məxsus zərbə dronu taxıl yükləmək üçün Çernomorsk limanına gedən Sent-Kits və Nevis bayrağı altında üzən mülki gəmiyə zərbə endirib.
“Hücum nəticəsində Ekipaj üzvü-Suriya vətəndaşı həlak olub. Gəmi üzmə qabiliyyətini saxlayır və ən yaxın limana doğru hərəkət edir. Bundan əlavə, Odessa limanı ərazisində Komor adaları bayrağı altında üzən, soya daşıyan başqa bir mülki gəmi də vurulub. İlkin məlumatlara görə, yaralananlar var, hadisə yerinə xilasetmə xidmətləri göndərilib”, — deyə o bildirib.
Zeynəb Xuduyeva
23:06 09.01.2026
Oxunuş sayı: 1427