Adəm Kadırovdan Zelenskiyə sərt mesaj
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırov Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı sərt və hədələyici açıqlama ilə çıxış edib. O, atasına yönələn tənqidlərə cavab verdiyini bildirərək, Zelenski barədə kəskin ifadələr işlədib.
Crossmedia.az xəbər verir ki, Adəm Kadırov Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı sərt açıqlama verib. O, Zelenskini Qroznıya gətirəcəklərini iddia edərək, atasına qarşı səsləndirilən fikirlərə cavab verdiyini bildirib.
Adəm Kadırov Zelenskini “özünü Ukraynanın prezidenti adlandıran şəxs” kimi təqdim edib və onun Ramzan Kadırov barədə səsləndirdiyi fikirləri tənqid edib. O, Zelenskinin ABŞ-a müraciət edərək Ramzan Kadırovun ora “çatdırılmasını” istədiyini iddia edib və bunu “siyasi və mənəvi tənəzzülün göstəricisi” adlandırıb.
Açıqlamada qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putin və ya Ramzan Kadırov tərəfindən göstəriş veriləcəyi təqdirdə, Zelenskini “harada olmasından asılı olmayaraq tapacaqlarının” və “əməliyyatları əvvəlcədən elan etməyəcəklərinin” iddia edildiyi vurğulanıb.
Zeynəb Xuduyeva
23:01 09.01.2026
Oxunuş sayı: 1614