Tramp:Rusiya Ukraynaya bir daha hücum etməyəcəyək
Ağ Ev rəhbəri Donald Tramp Rusiyalı həmkarı Vladimir Putindən getdikcə daha çox məyus olduğunu bildirib.
Onun fikrincə, Putin Zelenskidən daha çox sülhə mane olur.
Crossmedia.az bu barədə “The Telegraph”-a istinadən xəbər verir.
Nəşrin xəbərinə görə, Rusiya bayrağı altında üzən neft tankerinin ələ keçirilməsi və yeni sanksiyalar qanun layihəsinin dəstəklənməsi Putinə müharibənin bitməsi üçün vaxtın tükəndiyini göstərən siqnallardır. ABŞ rəsmiləri Trampın Putinin “iki addım irəli, bir addım geri” taktikasından narazı olduğunu və bu səbəbdən Avropa baxışına daha yaxınlaşdığını bildiriblər.
Tramp həm Putinin, həm də Zelenskinin sülh razılaşmasına nail olmaq istədiyini qeyd edib. O bildirib ki, sülh əldə ediləcəyi təqdirdə Rusiya Ukraynaya bir daha hücum etməyəcək və ABŞ Ukraynanın gələcək müdafiəsində iştirakını davam etdirəcək.
22:30 09.01.2026
Oxunuş sayı: 1776