Aİ ölkələri Mercosur ilə ticarət müqaviləsini təsdiqləyiblər
Avropa İttifaqı (Aİ) ölkələri MERCOSUR (Cənubi Amerika Ortaq Bazarı) ilə mübahisəli ticarət müqaviləsini təsdiqləyiblər. Bu barədə Avropa Şurasının prezidenti Antonio Kosta bildirib.
Crossmedia.az xəbər verir ki, Kosta X sosial şəbəkəsində yazıb: "[Aİ] Şurasının bu gün Aİ ilə MERCOSUR arasında sazişi təsdiqləmək qərarını alqışlayıram".
Kostanın sözlərinə görə, müqavilə Avropadakı istehlakçılara və istehsalçılara "konkret faydalar" gətirəcək, fermerlərin hüquqlarını gücləndirəcək və yeni Aİ iqtisadiyyatını formalaşdıracaq.
O, həmçinin müqavilənin təsdiqlənməsi baxımından 9 yanvar tarixini yaxşı gün adlandırıb.
21:12 09.01.2026
Oxunuş sayı: 1577