Alyaskada rekord miqdarda qar yağışı dağıntılar törədib
Alyaskanın paytaxtı Cunoda cəmi bir neçə həftə ərzində rekord səviyyədə 82 düym (təxminən 2 metr) qar yağıb, nəticədə qayıqlar batıb və damlar uçub.
Crossmedia.az "The Washington Post"-a istinadən xəbər verir.
"Dörd limanımın hamısı zədələndi, səkkiz qayıq batdı və daha üç düzünə xilas olmaq mümkün oldu", - deyə Cuneau limanının rəisi Metyu Kresvel bildirib.
O, gəmilərdəki qar yükünün kvadrat fut üçün 45 funt (kvadrat metr üçün 220 kq) çatdığını və bunun nəticəsində 5000 ilə 200.000 dollar arasında dəyərində olan həm balıqçı, həm də əyləncə qayıqlarının batdığını söylədi.
20:58 07.01.2026
Oxunuş sayı: 2452