“The Times”: ABŞ-nin Qrenlandiyanı ilhaq etməsi üçün dörd mümkün ssenari
ABŞ-nin Qrenlandiya üzərində nəzarəti ələ keçirməsi və ya təsirini artırması üçün dörd mümkün yolu açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, ilk ssenari adanın hərbi yolla işğal edilməsidir. İkinci variantda isə ABŞ-nin Danimarkadan Qrenlandiyanı satın alması və yerli əhaliyə adanın iqtisadiyyatına böyük həcmdə investisiyalar vəd etməsi nəzərdə tutulur.
Üçüncü ehtimal Qrenlandiya ilə ABŞ arasında Azad Assosiasiya Sazişinin imzalanmasıdır. Dördüncü ssenariyə görə isə Qrenlandiya Danimarkanın tərkibində qalmaqla yanaşı, adada ABŞ-nin hərbi mövcudluğu əhəmiyyətli dərəcədə artırıla bilər.
The Times qeyd edir ki, Qrenlandiyanın strateji mövqeyi və Arktikadakı rolu Vaşinqton üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir.
20:18 07.01.2026
Oxunuş sayı: 2282