Britaniya parlamentində İran həyəcanı: Ayətullahlar qaçmağa hazırlaşır?
Britaniyalı millət vəkili və keçmiş təhlükəsizlik naziri Tom Tugendhat ölkə parlamentində Britaniya xarici işlər naziri Hamiş Falkonerə sual ünvanlayıb və İranla bağlı bir sıra narahatedici prosesləri diqqətə çatdırıb.
Crossmedia.az xəbər verir ki,o, Rusiyadan Tehrana uçuşlar barədə məlumatlara istinad edərək, mövcud dəyərləndirmələrə əsasən, bu uçuşların hərbi yük daşıdığını bildirib. Tuqendhat İrandan xeyli miqdarda qızıl və digər aktivlərin çıxarılması ilə bağlı xəbərləri qeyd edib.
Deputat vurğulayıb ki, bu əlamətlərin birləşməsi İran rejiminin liderlərinin İslam Respublikasının mümkün süqutundan sonra gələcək planlar qurduqlarını göstərə bilər.
Xarici işlər naziri Hamiş Falkoner isə cavabında bildirib ki, hazırkı mərhələdə bu məsələlərlə bağlı ictimaiyyətə açıq şəkildə şərh vermək mümkün deyil.
20:12 07.01.2026
Oxunuş sayı: 2438