Tramp İranla danışıqları rədd etdi
ABŞ Prezidenti Donald Tramp özünün xüsusi nümayəndəsi Stiven Uitkofun Səudiyyə Ərəbistanı və Omanın vasitəçiliyi ilə İranla danışıqların bərpası təklifini rədd edib. Tramp onun yerinə iqtisadi və hərbi təzyiqə əsaslanan sərt strategiyanı seçib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
“Israel Hayom” qəzetinin məlumatına görə, hazırda İranda davam edən etiraz aksiyalarının yekun nəticəsini proqnozlaşdırmaq üçün tez olsa da, İsrail ordusunun qiymətləndirməsinə görə Tehran bu mərhələdə hərbi hücuma başlamayacaq.
Məqalədə İsrailin Baş naziri Benyamin Netanyahunun Trampla Floridada keçirilən görüşdə ümumi strateji məsələlər üzrə razılaşdığı, İrana qarşı mümkün əməliyyatlar üzrə şərti razılığın əldə olunduğu qeyd olunub.
Bu planın əsas səbəbi isə İranın nüvə proqramı üzrə razılaşmaya gəlməməsi və bölgədəki müttəfiq qüvvələrə dəstəyini dayandırmamasıdır.
20:00 07.01.2026
Oxunuş sayı: 2164