ABŞ: İranlılar zorakılığa baxmayaraq geri çəkilmir
Bu gün ABŞ Dövlət Departamenti İranda davam edən etirazlarla bağlı açıqlama yayıb.
Crossmedia.az xəbər verir ki, Departamentin “X” hesabındakı paylaşımında bildirilib ki, zorakılıq və həbslərə baxmayaraq, iranlılar etirazlarını cəsarətlə davam etdirirlər.
Açıqlamada qeyd olunub ki, etirazların başlamasından on gün keçməsinə baxmayaraq, ölkə daxilində insanlar küçələrə çıxmaqda davam edir. Məlumata görə, indiyədək azı 29 nəfər həyatını itirib, 1200-dən çox insan isə saxlanılıb.
ABŞ Dövlət Departamenti vurğulayıb ki, bütün təzyiqlərə baxmayaraq, etiraz hərəkatı bazarlarda, məhəllələrdə və universitetlərdə davam edir. Bəyanatda iranlıların təhdidlərə və sərt cəzalara rəğmən ədalət və azadlıq tələbi ilə geri çəkilmədiyi qeyd olunub.
Departament etirazçıların cəsarətini və qətiyyətini yüksək qiymətləndirərək bunun ədalətin sonda qalib gələcəyinə ümid verdiyini bildirib.
19:50 07.01.2026
Oxunuş sayı: 1467