İran nüvə enerjisi istehsalını ikiqat artırdığını açıqlayıb
İran nüvə enerjisi istehsalını ikiqat artırdığını bəyan edib.
Crossmedia.az xəbər verir ki,bununla bağlı, İran parlamentinin Enerji Komissiyasının sədri Musa Əhmədi məlumat verib.
Onun sözlərinə görə, hazırda fəaliyyət göstərən Buşehr Atom Elektrik Stansiyası təxminən 1000 meqavat elektrik enerjisi istehsal edir.
Əhmədi bildirib ki, ölkədə nüvə enerjisi potensialının genişləndirilməsi məqsədi ilə əlavə 2000 meqavat gücə malik yeni atom elektrik stansiyasının tikintisi üzrə planlar hazırlanır.
19:43 07.01.2026
Oxunuş sayı: 1532