ABŞ-nin Delta xüsusi təyinatlı qüvvələri İraq sərhədlərinə yerləşdirilib
ABŞ-nin “Delta” xüsusi təyinatlı qüvvələri İraq sərhədlərinə yerləşdirilib və tezliklə “böyük transformasiya” baş verə bilər.
Crossmedia.az xəbər verir ki, “Kürdistan 24” telekanalı siyasi və hərbi analitikə istinadən məlumat yayıb.
Bu xüsusi təyinatlı qüvvələr Venesuela hökumətinin başçısı Nikolas Maduronun həbs edilməsi əməliyyatını həyata keçirib.
Bu hadisələr Donald Trampın son günlər İslam Respublikasına nüvə və raket fəaliyyətinin bərpası, həmçinin etirazçıların öldürülməsi və əzilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etməsindən sonra baş verib.
Bəzi media qurumları həm də ABŞ-nin İrana mümkün hücum üçün qoşunlarını və döyüş təyyarələrini Avropaya köçürdüyü barədə məlumat yayıb.
19:32 07.01.2026
Oxunuş sayı: 1716