ABŞ Rusiya bayrağı altında üzən neft tankerini ələ keçirdi
ABŞ Avropa Komandanlığı (EUCOM) Rusiya bayrağı altında üzən neft tankerinin saxlanıldığını rəsmən təsdiqləyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ABŞ sanksiyalarının pozulması səbəbilə M/V Bella 1 adlı gəmi ələ keçirilib.
EUCOM-un açıqlamasında bildirilir ki, əməliyyat ABŞ Ədliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyi ilə koordinasiyalı şəkildə, ABŞ Müdafiə Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Gəmi ABŞ Sahil Mühafizəsinin USCGC Munro gəmisi tərəfindən izlənildikdən sonra ABŞ federal məhkəməsinin verdiyi order əsasında Şimali Atlantik okeanında saxlanılıb.
Rəsmi məlumata əsasən, tanker ABŞ-ın tətbiq etdiyi sanksiya rejimini pozmaqda şübhəli bilinir. Hadisə ilə bağlı araşdırmalar davam edir və əlavə detalların daha sonra açıqlanacağı qeyd olunub.
19:03 07.01.2026
Oxunuş sayı: 2193