İran planlı şəkildə sarsıdılır, hədəf etirazların institusionallaşmasıdır
Rus analitiklərinin şərhlərinə görə, İranda baş verən etirazlar təsadüfi proses kimi yox, planlı şəkildə dərinləşdirilən siyasi sarsıntıdır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Qeyd olunur ki, mövcud proseslərin əsas məqsədi İran hakimiyyətini bu dəfə vəziyyətə tam nəzarət edə bilməyəcək vəziyyətə salmaqdır. Halbuki, İran kütləvi və uzunmüddətli etirazların yatırılması sahəsində zəngin təcrübəyə malikdir.
Rus analitiklərinin qiymətləndirməsinə əsasən, İrana qarşı hərbi və təhlükəsizlik təzyiqləri hakimiyyətin reaksiyasını zəiflətmək üçün istifadə olunur. Məqsəd etirazların vaxt qazanaraq kök salması və prosesin institusionallaşaraq siyasi alətə çevrilməsidir.
Şərhlərdə vurğulanır ki, baş verənlərdə əsasən yeni heç nə yoxdur və bu, daha əvvəl də müxtəlif ölkələrdə tətbiq olunmuş klassik siyasi destabilizasiya modelidir.
Hazırkı vəziyyətdə isə İran təhlükəsizlik qüvvələrinin ənənəvi və vərdiş olunmuş ssenari üzrə hərəkət etdiyi, prosesin hələlik tam nəzarətdən çıxmadığı bildirilir.
18:50 07.01.2026
Oxunuş sayı: 2755