ABŞ Atlantik okeanında Rusiya tankerini saxlayıb
ABŞ-nin Avropa Komandanlığı Atlantik okeanında “Mariner” adlı neft tankerinin saxlanıldığını açıqlayıb. Bildirilib ki, gəmi Şimali Atlantikada ABŞ federal məhkəməsinin verdiyi order əsasında ələ keçirilib.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi hadisəyə reaksiya verərək Rusiya tankerinin saxlanılmasını “anomaliya” adlandırıb.
Nazirlik ABŞ qüvvələrinin addımını diqqətlə izlədiklərini və vəziyyətin ciddi narahatlıq doğurduğunu bildirib.
Qeyd olunub ki, məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə izahatların tələb olunması istisna edilmir.
Türkan Kərimli
18:25 07.01.2026
Oxunuş sayı: 2339