İran XİN: ABŞ ilə hazırkı şəraitdə danışıqlar mümkün deyil
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ-nin mövcud siyasətinə görə hazırkı mərhələdə Vaşinqtonla danışıqların mümkün olmadığını bəyan edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, nazir vurğulayıb ki, Tehran heç vaxt dialoq prosesindən imtina etməyib və daim hörmətə və qarşılıqlı maraqlara əsaslanan danışıqlara açıq olub. Onun sözlərinə görə, hazırda ABŞ hökuməti belə bir yanaşma nümayiş etdirmir.
Seyid Abbas Əraqçi həmçinin bildirib ki, çərşənbə günü iqtisadi nümayəndə heyəti ilə birlikdə Livana səfər edəcək. Səfərin məqsədi, xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etməkdir.
Nəzrin Abbas
16:50 07.01.2026
Oxunuş sayı: 2474