ABŞ və Venesuela neft tədarükü ilə bağlı danışıqlar aparır
ABŞ və Venesuela Amerika neft emalı zavodlarına neft tədarükü məsələsi üzrə danışıqlar aparır.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, danışıqlar hələlik nə Ağ Ev, nə Venesuela hakimiyyəti, nə də dövlətə məxsus PDVSA neft şirkəti tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
Eyni zamanda, yanvarın 8-də ABŞ-ın iri neft şirkətlərinin Venesuelanın neft sektoruna mümkün investisiyalarını müzakirə etmək üçün Ağ Evə dəvət oluna biləcəyi gözlənilir. Mənbələr bildirir ki, bu görüşlər hələ razılaşdırma mərhələsindədir.
ABŞ prezidenti Donald Tramp daha əvvəl amerikalı neft şirkətlərinin Venesuelaya qayıdaraq müvafiq infrastrukturun bərpasında iştirak etməli olduqlarını bəyan etmişdi. O, Venesuelada keçirilən əməliyyatlardan sonra ABŞ neft konsernləri ilə mümkün investisiyalar barədə fəal danışıqlar apardığını da qeyd edib.
Nəzrin Abbas
16:40 07.01.2026
Oxunuş sayı: 2535