Abdullah Öcalan bu gün yeni il mesajı ilə çıxış edib
"Suriyada yaranmış xaotik mənzərə də demokratikləşməyə olan ehtiyacın açıq təzahürüdür. İllər boyu davam edən repressiv və kimlikləri inkar edən idarəçilik modeli kürdlərin, ərəblərin, ələvilərin və bütün xalqların azadlıq və bərabərlik tələblərini daha da gücləndirmişdir".
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
"SDQ ilə Dəməşq hakimiyyəti arasında 10 mart tarixində imzalanan razılaşma çərçivəsində əsas tələb, xalqların özünü birgə şəkildə idarə edə biləcəyi demokratik siyasi modelin formalaşdırılmasıdır. Bu yanaşma mərkəzi hakimiyyətlə danışıqlar yolu ilə mümkün olan demokratik inteqrasiya üçün də zəmin yaradır. 10 Mart Razılaşmasının icrası prosesi yumşaldacaq və sürətləndirəcəkdir".
17:58 30.12.2025
Oxunuş sayı: 1133