İngiltərə Premyer Liqası "Tottenhem" meydandan 3 xalla ayrılıb
İngiltərə Premyer Liqasında 18-ci turun oyunları keçirilib.
Crossmedia.az xəbər verir ki, "Kristal Pelas doğma meydanda "Tottenhem" kollektivini qəbul edib. Matç qonaq komandanın qələbəsi ilə yekunlaşıb. 17-ci dəqiqədə Braziliyalı hücumçu Riçarlison hesabı açmağa yaxınlaşıb. Lakin VAR sistemi oyundankənar vəziyyət elan edərək qolu ləğv edib. Hesab birinci hissənin sonlarını doğru açılıb. 42-ci dəqiqədə Arçi Qrey topu rəqib qapısından keçirib. İkinci hissədə Riçarlison komandasının hesabına 2-ci qolu yazdırmağa yaxınlaşıb. Lakin, bu dəfə də qol ləğv edilib. Beləliklə, "Tottenhem" səfərdə "Kristal Pelas"ı 1:0 hesabla məğlub edib.
Digər görüş "Sanderlend" və "Lids" arasında keçirilib. 28-ci dəqiqədə Simon Adinqra hesabı açıb. 1-ci hissə meydan sahiblərinin minimal hesablı üstünlüyü ilə bitib. İkinci hissənin əvvəlində Dominik Kalvert Lyuin hesabı bərabərləşdirib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Turnir cədvəlində "Sanderlend" 28 xalla 7-ci pillələdə qərarlaşıb. "Kristal Pelas" 26 xalla 9-cu, "Tottenhem" isə 1 xallıq fərqlə 13-cü sıradadır. Aktivinə 20 xal yazdıran "Lids" isə 16-cı pillədə mübarizə aparır. Qeyd edək ki, "Arsenal" 42 xalla cədvəldə liderliyini qoruyur.
Türkanə Muradlı
00:30 29.12.2025
Oxunuş sayı: 1361