Ərdoğan: Mərakeş sazişinə yeni ölkələr qoşula bilər
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Mərakeş sazişi digər ölkələrin, o cümlədən Misirin də müdafiə ittifaqına qoşulmasına imkan verir.
Crossmedia.az xəbər verir ki, "Armenpress" bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Al Jazeera" telekanalına müsahibəsinə istinadən məlumat yayıb.
Ərdoğanın sözlərinə görə, müdafiə paktının əsas şərti iştirakçı dövlətlərdən hər hansı birinə qarşı təcavüz baş verdiyi halda razılaşdırılmış şəkildə hərəkət etmək və qarşılıqlı dəstək göstərməkdir.
Türkiyə Prezidenti qeyd edib ki, yaradılan alyans mühüm mesaj verir.
14:54 16.08.2026
Oxunuş sayı: 56