İranda xarici media ilə əlaqələrə məhdudiyyət qoyulması təklif edilir
İran parlamenti ölkəyə qarşı düşmən mövqedə olduğu hesab edilən xarici media qurumları ilə müsahibə və digər əlaqələri cinayət əməli kimi qiymətləndirən qanun layihəsini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, “Reuters”in məlumatına görə, layihə ABŞ və İsrail mediası, eləcə də bu ölkələr tərəfindən maliyyələşdirilən media qurumları ilə müsahibə və müzakirələrdə iştirakın qadağan edilməsini nəzərdə tutur. Qaydaları pozan şəxslərin 6 aydan 2 ilədək müddətə azadlıqdan məhrum edilməsi təklif olunur.
Qanun layihəsi hələ İranın Konstitusiyanın Mühafizə Şurası tərəfindən nəzərdən keçirilməlidir. Sənəddə digər xarici media qurumları ilə müsahibələr üçün Kəşfiyyat Nazirliyinə əvvəlcədən məlumat verilməsi, xarici səfirlik və təşkilatlarla icazəsiz əlaqələrə görə isə cərimə və müəyyən sosial hüquqlardan məhrumetmə kimi tədbirlər də nəzərdə tutulur.
16:54 16.08.2026
Oxunuş sayı: 51