Faiq Əliyevin hökmü ləğv edildi
Smolensk vilayət məhkəməsi Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri ilə bağlı cinayət işi üzrə mühüm qərar qəbul edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Smolensk vilayət məhkəməsi Azərbaycan diasporunun rəhbəri Faiq Əliyevin işi üzrə çıxarılmış hökmü ləğv edərək, materialları yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə göndərib.
Qeyd edək ki, bundan əvvəl o, dələduzluq və rüşvət vermə ittihamları ilə 4 il müddətinə azadlıqdan məhrum edilmiş, həmçinin 8,4 milyon rubl məbləğində cəriməyə məhkum olunmuşdu
Zeynəb Xuduyeva
18:52 24.12.2025
Oxunuş sayı: 1222