Gəncədə maşın yandı
Gəncədə yanğın olub.
Crossmedia.az-ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Hərəktədə olan avtomobil qəfil yanıb. Dərhal hadisə yerinə FHN yanğınsöndürən avtomobilləri və şəxsi heyəti cəlb edilib.
Qısa zamanda yanğının qarşısı alınıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Fakt araşdırılır.
12:19 24.12.2025
Oxunuş sayı: 1454