CROSSMEDIA - Məzahir Pənahovdan partiyalara MÜRACİƏT
Gündəm

Məzahir Pənahovdan partiyalara MÜRACİƏT

Siyasi partiyalar bələdiyyə seçkilərində fəal olmalıdır və çalışmalıdırlar ki, seçkilərdə daha çox namizədləri olsun.

Crossmedia.az Trend-ə istinadla xəbər verir ki,  bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bununla bağlı siyasi partiyalara müraciət edib:

“Mən siyasi partiyalara xüsusi müraciət edirəm ki, bələdiyyə seçkilərində fəal iştirak etsinlər. Biz Mərkəzi Seçki Komissiyası olaraq namizədlərin seçkilərdə fəal iştirak etməsi üçün qanunvericiliyin tələblərinə uyğun zəruri imkanları yaradacağıq”.

Qeyd edək ki, növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.

12:51 27.11.2024

Oxunuş sayı: 5192

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR