CROSSMEDIA - "Son beş ildə müavinət alanların sayı artıb"
Gündəm

"Son beş ildə müavinət alanların sayı artıb"

Son beş ildə Azərbaycanda əlilliyə görə pensiyalar 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb.

Crossmedia.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri noyabrın 27-də Milli Məclisin payız sessiyasında keçirilən növbəti plenar iclasında çıxışı zamanı söyləyib.

Nazir bildirib ki, 2018-ci ildə əlilliyə görə sosial ödənişlərin ümumi məbləği 1,2 milyard manat olduğu halda, bu gün bu rəqəm 2.5 milyard manata yaxınlaşıb. Əlilliyi olan şəxslərə ödənilən məbləğ isə 1,3 milyard manata çatıb.

08:57 27.11.2024

Oxunuş sayı: 4339

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR