Sabiq ombudsman Arman Tatoyanın Paşinyanla bağlı açıqlamasına münasibət bildirib
Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyanın Serj Sarqsyanın adından səsləndirdiyi fikirlərə Ermənistanın baş nazirinin aparat rəhbəri Araik Arutyunyan münasibət bildirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Araik Arutyunyanın sözlərinə görə, Arman Tatoyan Nikol Paşinyanın “qəfəs” qurduğunu və onu da elə özünün dağıtmalı olduğunu iddia edir. Arutyunyan isə qeyd edib ki, bu fikirləri səsləndirən şəxs 2018-ci ildə fiziki mənada bir “qəfəsdən” yalnız Nikol Paşinyanın və inqilabın sayəsində çıxa bilib.
Onun sözlərinə görə, fiziki qəfəsdən çıxmaq mümkündür, lakin “qəfəs” insanın düşüncəsindədirsə, bu halda artıq heç kim kömək edə bilməz.
Araik Arutyunyan vurğulayıb ki, Arman Tatoyanın səsləndirdiyi bu fikirlər reallığı əks etdirmir.
Pərvin Hacıyeva
14:29 16.12.2025
Oxunuş sayı: 1142