Zaporojyedə dron hücumu nəticəsində iki nəfər xəsarət aldı
Ukraynanın Zaporojye vilayətinə səhər saatlarında “Şahed” tipli pilotsuz uçuş aparatının hücumu nəticəsində iki nəfər xəsarət alıb, yaşayış binalarından birində isə genişmiqyaslı yanğın baş verib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.
Onun sözlərinə görə, dronun çoxmərtəbəli yaşayış binasına düşməsi nəticəsində yanğın yaranıb. Hadisə yerinə xilasedici bölmələr cəlb olunub, yanğının söndürülməsi və sakinlərin təxliyəsi həyata keçirilib.
Hücum nəticəsində binanın iki mərtəbəsində yerləşən mənzillər tamamilə yanıb, ümumilikdə dörd mənzildə yanğın ocaqları qeydə alınıb.
Məlumata görə, xəsarət alanlardan biri kişi olub və qəlpə yarası alıb, digər zərərçəkən qadın isə dəm qazından zəhərlənib. Hər iki şəxsə tibbi yardım göstərilir.
Pərvin Hacıyeva
14:24 16.12.2025
Oxunuş sayı: 967